Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Dəqiq xəritə var, de-yure əhəmiyyət daşıyan dəqiq xətt var və bu da göstərir ki, həmin iddialar həqiqətə uyğun deyil. Siz deyirsiniz sülh var. Bəlkə sülh yoxdur, bəlkə müharibədir, mən bilmirəm? Bəlkə haradasa münaqişə, eskalasiya var? Bəlkə ölən və ya yaralananlar var və siz sadəcə mənə demirsiniz, məni qoruyursunuz?
Siz deyirsiniz sülh var, bəs mən nə deyim? Harada müharibə var, harada atəş açılır, harada yaralanan var, harada ölən var, harada hücum, partlayış, bombardman, raket zərbəsi var, işıqlandırın ki, bilək Ermənistanda bunlar haradadır?
Sülhdür, deyirik sülhdür. Deyəsən, müdafiə naziri də sizi dəvət edib ki, gedib görün, biz öz ərazimizdə hansı mühəndis işləri görürük, hansı tədbirləri həyata keçiririk. Sizi həmçinin silah və texnikaya baxmağa da dəvət etmişik. Ölkələr öz suveren ərazilərində müəyyən tədbirlər görə bilərlər. Problem nədir?
Bütün məsələ ondadır ki, dəqiq sərhəd xətti var və siz də bilirsiniz harada Ermənistan Respublikasıdır və dövlət orqanlarının səlahiyyəti haradadır, harada isə artıq Ermənistan deyil və dövlət orqanlarının səlahiyyətindən kənardır. Biz paralel olaraq demişik ki, bəzi ərazi məsələləri var və onlar delimitasiya prosesində həll olunacaq”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az