Ermənistanın Baş naziri: “Poğosyan əvvəl gəlib öz kokaininə sahib çıxsın, sonra görərik Ermənistana necə sahib çıxır”

2026/03/1773312639.jpg
Oxunub: 375     14:51     12 Mart 2026    
“Narkotiklərlə bağlı cinayətlərin aşkar edilməsində 158% artım qeydə alınıb, çünki əgər aşkar etmələrin sayı artmasaydı, biz bu hadisələr barədə sadəcə bilməzdik”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci ildən sonra narkotiklərlə bağlı cinayətlərin kəskin artması barədə suala cavab verərkən deyib.

“Bu ümumilikdə problemdir. Bilirsiniz ki, biz Təhlükəsizlik Şurasının iclaslarında da bu mövzulara toxunmuşuq və strategiya ilə bağlı məlum hadisələrdən xəbərdarsınız, biz bu barədə daim danışırıq.

Mənim anlayışıma görə və mən hüquq-mühafizə orqanlarımıza belə göstəriş vermişəm ki, biz iri idxal və istehsal üzərində cəmləşməliyik. Mən bilmirəm bir paketdə nə qədər narkotik olur, məsələn sıfır tam yüzdə bir qram. Təsəvvür edin ki, bir ton narkotik on minlərlə paketə bölünüb. Əgər biz bir qramlıq paketlərin dalınca qaçmağa başlasaq, hüquq-mühafizə sistemi tezliklə tükənər. Biz iri idxalçıları və istehsalçıları tapmalıyıq”, - deyə o bildirib.

Bir ton kokainin aşkarlanması ilə bağlı məlum hadisəyə toxunan Paşinyan belə deyib: “Mən bilirəm ki, bir ton kokain işi məhkəməyə göndərilir. Axı Ermənistanın xilaskarı Mihran Poğosyan axtarışdadır, qoy əvvəl gəlib öz kokaininə sahib çıxsın, sonra görərik Ermənistana necə sahib çıxır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin