“İranda 180 yük maşınının yığıldığı barədə məlumat həqiqətə uyğun deyil, hazırda 11 yük maşını var” - Paşinyan

2026/03/1772775337.jpg
Oxunub: 327     14:48     12 Mart 2026    
“İran İslam Respublikası tərəfində anlaşılan səbəblərdən müəyyən texniki problemlər var. Həmin texniki problemlər aradan qaldırılır, idarə olunur və mən sizin sualınızda fövqəladə bir vəziyyət görmürəm. Hər şey normal rejimdə işləyir”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Aqarak keçid məntəqəsində yük maşınlarının yığılması ilə bağlı sualı cavablandırarkən deyib.

Sualda qeyd olunmuşdu ki, təxminən 180 maşın yığılıb və gömrük işçiləri rabitənin fasilələrlə işləməsi səbəbindən onlara vaxtında xidmət göstərə bilmirlər.

“İranda 180 yük maşınının yığıldığı barədə məlumat həqiqətə uyğun deyil. Hazırda 11 yük maşını var və bu, çox adi və gündəlik bir vəziyyətdir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin