Paşinyan Strasburqda Aİ-Gürcüstan münasibətlərini xatırlatması barədə: “Gürcü tərəfdən xahiş və ya tövsiyə olmayıb”

2026/03/1773311631.jpg
Oxunub: 364     14:33     12 Mart 2026    
“Gürcü tərəfdən xahiş və ya tövsiyə olmayıb, amma digər tərəfdən bizim üzərində işlədiyimiz ümumi gündəmlər var”.

Ordu.az xəbər verir ki, bunu martın 12-də hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-yə üzvlük yolunda ən böyük problemlərdən birinin Avropa İttifaqı ilə Gürcüstan arasında dondurulmuş siyasi dialoq olduğunu qeyd etməsinin gürcü tərəfinin xahişi olub-olmaması barədə suala cavab verib.

“Mən narahatlığımı Avropa Parlamentinin tribunasından səsləndirdim, çünki həqiqətən də Aİ ilə Gürcüstan münasibətlərində mövcud olan vəziyyət bizi narahat edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin