Ordu.az xəbər verir ki, bunu martın 12-də hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Soyqırımı Muzeyi-İnstitutu”nun direktoru Edita Qzoyanın istefasına münasibət bildirərkən deyib.
“Qaçqınlar”ın (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) qayıdışı mövzusu varmı? Azərbaycan da eyni şəkildə həmin mövzuları irəli sürür. Həmin mövzular inkişaf edəcək, toqquşacaq və müharibəyə çevriləcək.
Ölkənin baş naziri deyəndə ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) yoxdur, xarici qonağa Qarabağ məsələsi ilə bağlı kitab hədiyyə etmək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət aparmalıdır?
Ermənistanda xarici siyasəti Ermənistan hökuməti aparır və bu siyasətə zidd fikir deyən dövlət məmuru işdən azad olunmalıdır. Biz dövlətik, yoxsa bu, özfəaliyyət dərnəyidir? Burada bəraət axtarmaq məsələsi yoxdur”, - deyə Paşinyan qeyd edib.
“Yəni muzeyin direktoru ABŞ vitse-prezidentinə Qarabağla bağlı kitab hədiyyə etdiyi üçün işdən çıxarılıb?” sualına Paşinyan belə cavab verib: “Mənim göstərişimlə, bəli, mən xahiş etmişəm ki, o, istefa ərizəsi yazsın. Mən bunu hökumətin apardığı xarici siyasətə zidd hərəkət və təxribatçı addım hesab etmişəm”.
Alpər Mövludoğlu
Ordu.az