“Rusiyada yaşayan ermənilərin böyük hissəsi “Vətəndaş Müqaviləsi”nin xeyrinə səs verəcək” - Paşinyan

2026/03/1772775225.jpg
Oxunub: 379     14:27     12 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də hökumətdə keçirilən brifinq zamanı Xarici Kəşfiyyat Xidmətinin bəyanatını şərh edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Həmin bəyanatda bildirilmişdi ki, Ermənistanda keçiriləcək parlament seçkilərində müəyyən siyasi qüvvələri dəstəkləmək məqsədilə ölkələrdən birində erməni əsilli vətəndaşlara və iş adamlarına təzyiq göstərilir.

Paşinyan əvvəlcə qeyd edib ki, həmin bəyanata hüquqi qiymət verilməlidir. “Amma siyasi baxımdan mən artıq demişəm ki, mənim əminliyim budur və buna şübhə etmirəm ki, əgər belə bir vəziyyət nəzəri olaraq baş versə, Rusiyada yaşayan vətəndaşlarımızın böyük hissəsi bizim xeyrimizə səs verəcək”, - deyə Paşinyan bildirib.

Xarici Kəşfiyyat Xidmətinin bəyanatında konkret olaraq hansı ölkədən söhbət getdiyinin niyə birbaşa qeyd olunmadığı barədə suala cavab verən erməni Baş nazir deyib: “Bu, informasiyanın həcmi və məqsədəuyğunluğu məsələsidir. Düşünürəm ki, lazım gəldikdə gələcəkdə daha ətraflı izahlar veriləcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin