Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu, müharibəyə çağırış deməkdir, başqa heç nə demək deyil”, - deyə Ermənistan hökumətinin başçısı bildirib. Onun sözlərinə görə, bütün ermənilərin katolikosu II Qaregin və digər ruhani şəxslər “müharibə partiyası”nın rəhbərliyini üzərinə götürüblər.
Paşinyanın fikrincə, belə bir vəziyyət olmamalıdır.
“Bir ölkədə necə ola bilər ki, altı ayrı xarici siyasət olsun?”, - deyə Ermənistan Baş naziri katolikosun əvəzinə davamlı olaraq onun dünyəvi adı olan Ktriç Nersisyan adını işlədərək təəccübünü ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az