“Döyüşmək vaxtı olanda hamı ordunu geri çəkmək istəyirdi ki, gəlib İrəvanda çevriliş etsinlər” - Paşinyan

2026/03/1772775337.jpg
Oxunub: 397     14:21     12 Mart 2026    
“Mənim Ktriç Nersisyanın (II Qaregin-red.) və onun qrupunun “müharibə partiyası”nın rəhbərliyini üzərinə götürdüyü barədə bəyanatımın çox sadə izahı var. Mən ayinlərə gedirəm və görürəm ki, ayin zamanı, halbuki ayinin mətnində belə bir şey yoxdur, mətndən kənara çıxırlar və deyirlər: “artsax respublikası” (ləğv edilmiş qondarma qurum-red.) və s.”.

Ordu.az xəbər verir ki, bu barədə martın 12-də hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan bundan nəticə çıxarıb ki, katolikos Ermənistanda “müharibə partiyası”nı təmsil edir.

Özünün də vaxtilə “Qarabağ Ermənistandır, vəssalam” deməsinə toxunan Paşinyan belə deyib: “O vaxt, döyüşmək vaxtı olanda hamı bir şeyə fokuslanmışdı, İrəvanda hökuməti necə dəyişmək olar. Ordunu geri çəkmək istəyirdilər ki, gəlib İrəvanda çevriliş etsinlər. Bu tarix artıq bitib, mən demişəm ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) yoxdur.

Və hər dəfə kürsüdən müraciət edəndə, hər tribunadan “artsax respublikası” deyəndə bu, müharibə yoluna ayaq qoymaq deməkdir. Axı biz hər dəfə belə deyəndə, Azərbaycan da öz növbəsində öz ritorikasını inkişaf etdirir.

O qayıdış deyəndə… hansı qayıdış, hara qayıdış? Azərbaycan da eyni şəkildə həmin mövzunu irəli sürür. Bu mövzular inkişaf edəcək, inkişaf edəcək, toqquşacaq və müharibəyə çevriləcək”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin