Fransisko Qamboa: "Dünya çoxtərəfli institutlara etimad böhranı yaşayır"

2026/03/1773310051.jpg
Oxunub: 332     13:58     12 Mart 2026    
Dünya geosiyasi gərginliyin artımını, əhəmiyyətli iqtisadi qeyri-müəyyənliyi və çoxtərəfli institutlara etimad böhranını yaşayır.

Ordu.az xəbər verir ki, bunu Kosta-Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Kosta-Rika sülhə, preventiv diplomatiyaya və beynəlxalq hüquqa sadiqdir:

"Ölkəmizin aydın və ardıcıl səsi var. Biz sülhsevər millətik və beynəlxalq hüquqa, insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və mübahisələrin dinc yolla həllinə sadiq qalırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Forum  


Bizi "telegram"da izləyin