Fransisko Qamboa: "Kosta-Rika BMT Baş katibi postuna Rebeka Qrinspanın namizədliyini dəstəkləyir"

2026/03/1773309271.jpg
Oxunub: 330     13:14     12 Mart 2026    
Kosta-Rika Birləşmiş Millətlər Təşkilatı (BMT) Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspanın BMT Baş katibi postuna namizədliyini dəstəkləyir.

Ordu.az-ın məlumatına görə, bunu Kosta-Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.

"Kosta-Rika Rebeka Qrinspanın BMT-nin Baş katibi postuna namizədliyinə dəstəyini təsdiqləyir", - o qeyd edib.

F.Qamboa vurğulayıb ki, Qrinspanın namizədliyi Kosta-Rikanın geniş siyasi spektrinin dəstəyindən yararlanır.

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreş bu vəzifədə ikinci müddətini 2026-cı ilin sonunda başa vuracaq.

R.Qrinspan keçmiş prezident Xose Maria Fiqeresin administrasiyasında (1994–1998) Kosta-Rikanın vitse-prezidenti vəzifəsini tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Forum  


Bizi "telegram"da izləyin