Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət binasında jurnalistlərə verdiyi brifinqdə ruhanilərə qarşı kampaniyanın səbəbinin onların Qarabağ haqqında danışması olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Mənəvi sahədəki bu yaralar ruhaniləri həssas edir ki, insanları asanlıqla öz tərəflərinə çəksinlər və istədikləri kimi istifadə etsinlər. Bu, dövlət təhlükəsizliyi məsələsidir.
Ölkənin Baş naziri “biz “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) dayandırmalıyıq” deyə bəyan edirsə, “Qarabağ hərəkatı”nı davam etdirən hər hansı bir məmur ola bilməz.
Ötən gün ibadətə getmişdim və orada “artsax respublikası” ifadəsi səslənir. Bu nə deməkdir? Bu, müharibəyə çağırış deməkdir, başqa bir şey deyil. Elə buna görə də deyirik ki, Ktriç Nersisyan və onun dəstəsi müharibə partiyasının liderliyini üzərinə götürüb. Belə bir şey olmamalıdır”, - deyə Paşinyan bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az