Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin iyunda keçiriləcək seçkilərdən əvvəl imzalana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Mənim heç bir şübhəm yoxdur ki, həmin saziş imzalanacaq. İndi imzalanacaq, apreldə, mayda, iyunda, sentyabrda, nə vaxt imzalanacaq, bu, artıq ikinci məsələdir, amma imzalanacaq. Amma çox vacibdir qeyd etmək ki, artıq Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşməsi daha aydın görünür: hətta sülh sazişi hələ imzalanmasa və ya ilkin paraflansa belə, sülh artıq bərqərar olunub.
Biz indi sülhün möhkəmləndirilməsindən və onun geri çevrilməsinin mümkünsüz olmasından danışırıq. Bu baxımdan həm Ermənistanda, həm də Azərbaycanda daxili siyasi proseslər daha vacibdir. Çünki Ermənistanda da qüvvələr var, ehtimal edirəm ki, Azərbaycanda da var ki, sülhdən o qədər də məmnun deyillər və sülhü geri çevirməyə çalışacaqlar.
Biz, Ermənistan Respublikasının vətəndaşları, bərqərar olmuş sülhə sahib çıxmalı və onu geri dönməz etməliyik”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az