“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub”.
Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz münaqişə məntiqi üzərində gedib eyni zamanda müstəqil dövlət qurmaq istəyə bilmərik. Nəyi nəzərdə tutduğumu indi çox detallı izah etməyəcəyəm, bundan əvvəl Müstəqillik Bəyannaməsi gününə həsr olunmuş müraciətlərimdə mövqeyimi ətraflı ifadə etmişəm”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan