Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Əsaslandırmada qeyd olunur ki, 2025-ci ilin iyulunda Avropa Komissiyasının qərarı ilə Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində 2025-2027-ci maliyyə illəri üçün nəzərdə tutulan, ümumi dəyəri 143 milyon avro olan Aİ maliyyə dəstəyi üzrə çoxillik fəaliyyət proqramı təsdiqlənib. Proqram iki hissədən, müvafiq olaraq 90 milyon avro və 53 milyon avro dəyərində büdcə dəstəyi və texniki dəstək komponentlərindən ibarətdir.
Büdcə dəstəyinin istiqamətləri bunlardır:
- dövlət maliyyəsinin idarə olunması və daxili nəzarət,
- ixracın diversifikasiyası,
- vizaların liberallaşdırılması üzrə dialoq və hüququn aliliyi,
- məşğulluq, bacarıqlar və sosial inteqrasiya.
Hazırda 90 milyon avro büdcə dəstəyi və 53 milyon avro texniki dəstək komponentlərindən ibarət “Çoxtərəfli büdcə dəstəyi müqaviləsi” üzrə maliyyə sazişinin imzalanması nəzərdə tutulur.
Layihəyə əsasən, Ermənistana 90 milyon avro büdcə dəstəyi və 53 milyon avro texniki dəstək veriləcək.
Büdcə dəstəyi çərçivəsində Ermənistan 34 tədbirin həyata keçirilməsini öhdəsinə götürüb. Bunlara biometrik identifikasiya sisteminin tətbiqi, ümumi tibbi sığortanın və Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərin mənzil təminatı proqramının davam etdirilməsi daxildir.
Alpər Mövludoğlu
Ordu.az