Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

2026/03/Ilyus-1773304595.jpg
Oxunub: 387     12:24     12 Mart 2026    
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.

Ordu.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

"Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin "İl-76" təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq", - məlumatda bildirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin