Joze Ramuş-Orta: "Bakı və İrəvan arasında tarixi sülh zamanında əldə edilib"

2026/03/1773300397.jpg
Oxunub: 347     11:08     12 Mart 2026    
Azərbaycanla Ermənistan arasında tarixi sülh son dərəcə zamanında əldə edilib.

Ordu.az xəbər verir ki, bunu Şərqi Timorun Prezidenti Joze Ramuş-Orta XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

"Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə bizi yenidən Bakıya dəvət etdikləri üçün təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyevi 2026-cı ildə "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülməsi münasibətilə də təbrik etmək istəyirəm. Bu, onun Ermənistanla çoxillik münaqişəyə son qoyulmasında nümayiş etdirdiyi liderliyin layiqli tanınmasıdır. Mən Ermənistanın Baş naziri Nikol Paşinyanı da təbrik edirəm. Azərbaycanla Ermənistan arasında tarixi sülh bütün dünyada sülh tərəfdarı olan liderlərin açıq-aşkar çatışmazlığının hiss olunduğu bir vaxtda əldə edildi", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Joze-Ramuş-Orta   Forum  


Bizi "telegram"da izləyin