İlham Əliyev: "Azərbaycan Ermənistanla sülhə vasitəçilərin olmamasında israr etdikdən sonra nail oldu"

2026/03/1773299207.jpg
Oxunub: 340     10:49     12 Mart 2026    
Azərbaycan Ermənistanla sülhə vasitəçilərin olmamasında israr etdikdən sonra nail oldu.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

"Minsk qrupunun 28 illik sözdə vasitəçiliyi iflasa uğradı. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədi qoruyub saxlamaq və hər iki ölkəyə təzyiq aləti kimi istifadə etmək idi. Buna görə də biz bu "vasitəçilik"dən imtina etmək qərarına gəldik. Və üçüncü tərəflər olmadan birbaşa ikitərəfli dialoqa başlayan kimi sülhə nail olduq. Bu, nəzəriyyə deyil - bu, bizim real təcrübəmizdir. Buna görə düşünürəm ki, bu məsələ digər münaqişələrin həlli ilə bağlı cəhdlərdə mütləq nəzərə alınacaq", - dövlət başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin