Marqvelaşvili: "Bakı forumu xüsusi təcrübəyə malik insanları bir araya toplayıb"

2026/03/Ekran-1773294922.jpg
Oxunub: 348     09:49     12 Mart 2026    
Dünyada artan gərginlik şəraitində qlobal proseslərin açıq şəkildə müzakirəsi üçün platformaların olması xüsusilə vacibdir.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın sabiq prezidenti Gergi Marqvelaşvili (2013-2018-ci illər) XIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.

Onun sözlərinə görə, forum iştirakçıları dünyada baş verən prosesləri müzakirə etmək üçün böyük maraqla bir araya gəlirlər:

"Buraya xüsusi təcrübəyə malik xüsusi insanlar toplaşır. Belə narahatedici anlarda bir-birimizlə görüşmək və həm regionumuzun, həm də dünyadakı bütün siyasi proseslərin gələcəyini müzakirə etmək imkanına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqvelaşvili   Bakı   Forum  


Bizi "telegram"da izləyin