Müasir dünya böhranlarını güc metodları ilə nizamlamaq getdikcə çətinləşir, çünki hərbi güc artıq münaqişələrin nəticəsini müəyyən edən yeganə amil deyil.
Ordu.az xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti Valdis Zatlers (2007-2011-ci illər) XIII Qlobal Bakı Forumunun kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, böhran yaratmaq, onun öhdəsindən gəlməkdən qat-qat asandır və müasir siyasətin əsas çətinliklərindən biri məhz budur: "Biz öz səhvlərimizdən və başqalarının səhvlərindən öyrənməliyik - bu, günümüzün əsas problemlərindən biridir".
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zatlers
Bakı
Forum