Erməni politoloq: “Nikol Avropa Şurasının tribunasında öz ağalarına hesabat verir ki, Qarabağ məsələsi bağlanıb”

2026/03/1773250376.jpg
Oxunub: 394     21:31     11 Mart 2026    
“Nikol Avropa Şurasının tribunasında öz ağalarına hesabat verir ki, Qarabağ məsələsi bağlanıb və o, bu məsələnin yenidən gündəmə gətirilməsinə imkan verməyəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Mihran Hakobyan yazıb.

Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları isə Ermənistan tarixində analoqu olmayan bu düşməni (Paşinyan-red.) ayaqüstə alqışlayırlar.

“İndi isə müxalifətə sual: siz bu gəzən biabırçılıqla debat aparmağa hazırlaşırsınız ki, seçkilərdə iştirak edəsiniz? Əminsinizmi ki, bu biabırçılıq Avropa faşistlərinin alqışları fonunda seçkilərin nəticələrini saxtalaşdırmayacaq? Əminsinizmi ki, “seçki” adlanan formal prosesdən başqa, bu biabırçılıqdan qurtulmağın başqa yolu yoxdur?”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Paşinyan  


Bizi "telegram"da izləyin