Paşinyan və Metsola Ermənistan-Aİ əməkdaşlığının gələcək inkişaf perspektivlərini müzakirə ediblər

2026/03/1773238549.jpg
Oxunub: 398     18:15     11 Mart 2026    
Strasburqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Avropa Parlamentinin sədri Roberta Metsolanın görüşü baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdən əvvəl Baş nazirin rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra Nikol Paşinyan Avropa Parlamentinin “Qızıl kitabı”na ürək sözlərini yazıb.

“Roberta Metsola Ermənistanın Baş nazirinin səfərini salamlayıb və qeyd edib ki, bugünkü görüş və Baş nazir Paşinyanın çıxışı Ermənistan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişafına, eləcə də Ermənistanda həyata keçirilən demokratik və institusional islahatların gedişatına toxunmaq üçün mühüm imkandır.

Baş nazir Nikol Paşinyan dəvətə görə təşəkkürünü bildirib və vurğulayıb ki, Ermənistan hökuməti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyəti ardıcıl şəkildə inkişaf etdirmək əzmindədir. Baş nazir həmçinin Ermənistanda aparılan islahatların irəliləməsində Avropa İttifaqının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gündəliyində olan bir sıra məsələləri müzakirə ediblər. Regional proseslərə də toxunulub, sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Metsola  


Bizi "telegram"da izləyin