Antonio Koşta Aİ ölkələri vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana təşəkkür edib

2026/03/1772810458.jpg
Oxunub: 400     17:16     11 Mart 2026    
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ ölkələrinin vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Ordu.az-ın məlumatına görə, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlara görə bir çox xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlayıb. Martın 11-i saat 14:00-dək Azərbaycana ümumilikdə 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta   İlham-Əliyev  


Bizi "telegram"da izləyin