Ordu.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkədə qaz hasilatının artımı, o cümlədən yeni yataqlardan hasilatın başlaması hesabına təmin olunacaq.
"Enerji sahəsində əməkdaşlıq həmişə tərəfdaşlığımızın mühüm hissəsi olub, var və şübhəsiz ki, gələcəkdə də belə olacaq, xüsusilə də 2022-ci ildən, Avropa Komissiyası ilə "Enerji sahəsində strateji tərəfdaşlıq" adlı sənədi imzaladığımız vaxtdan sonra. O vaxtdan bəri biz Avropa ölkələrinə qaz ixracını həm həcm, həm də ölkələrin sayı baxımından artırmışıq", - o deyib.
Prezident əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir və boru kəmərləri ilə qaz tədarükçüləri arasında dünyada birinci yeri tutur: "Bu gün 16 ölkə Azərbaycan qazı alır, buna görə də bir çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsində rolumuz artır və artım potensialı yüksək olaraq qalır".
Ordu.az