“Qarabağdan köç etmiş şəxslər Ermənistanda daimi məskunlaşmalıdırlar” - Paşinyan

2026/03/1772775337.jpg
Oxunub: 401     17:34     11 Mart 2026    
“Qaçqın vəziyyətinə düşmüş Qarabağdan olan bacı və qardaşlarımızın” (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) emosiyalarının istismar olunmaması və onlara boş ümidlər verilməməsi bizim vacib vəzifələrimizdən biridir”.

Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Bu məsələdə strategiyamız çox aydındır. “Qarabağdan olan bacı və qardaşlarımız” Ermənistanın vətəndaşlığını almalı və Ermənistanda daimi məskunlaşmalıdırlar. Biz artıq onların məskunlaşdırılması proqramına başlamışıq və hazırda 4886 ailə bu proqramdan faydalanıb.

Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu problemin həlli üçün beynəlxalq tərəfdaşlarımızın mümkün qədər böyük dəstəyinə ehtiyacımız var”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin