Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Nikol Paşinyanla görüşü zamanı Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib.
“Bizim vəziyyətimizdə siyasi dialoq mövcuddur, lakin bununla yanaşı təhlükəsizlik, ticarət və regional əlaqələndirmə sahələrində də əməkdaşlığımızı daha da dərinləşdirmək istəyirik. Ermənistanla münasibətlərimiz əhəmiyyətli dərəcədə artıb və erməni tərəfdaşlarımızın son aylarda göstərdiyi öhdəliyə uyğun olaraq bu münasibətləri daha da inkişaf etdirməyə davam edəcəyik. Məhz buna görə də baş naziri buraya dəvət etmək istədik.
Bu, mandatımız çərçivəsində yalnız ilk addımdır. Gələn həftə Avropa-Ermənistan parlamentlərarası tərəfdaşlıq komitəsinin iclası keçiriləcək. Bundan əlavə, may ayında Avropa Siyasi Birliyinin toplantısından başqa, Avropa İttifaqı-Ermənistan tarixində ilk sammit də keçiriləcək”, - deyə o bildirib.
Avropa Parlamentinin yerində mövcudluğunu genişləndirərək bütün siyasi partiyalarla əlaqələri gücləndirmək və inklüziv dialoqa dəstək vermək imkanının olub-olmayacağı ilə bağlı suala Metsola belə cavab verib: “Yerində mövcudluğumuza gəlincə, bu qərarları Avropa Parlamentinin bürosunda qəbul edirik. Bir neçə ay əvvəl Moldovada ofis açmaq barədə qərar verdik. Bu qərar ötən ilin noyabrında qəbul olunub və həmin ofis bütün Şərq Tərəfdaşlığı regionu ilə, o cümlədən Ermənistanla məşğul olacaq. Bu baxımdan bütün tərəfdaşlarımız qarşısında öhdəliyimizi tam şəkildə təsdiqləyirik”.
Alpər Mövludoğlu
Ordu.az