Bangerter: "Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına təxliyədə kömək göstərib"

2026/03/Ekran-1773232030.jpg
Oxunub: 360     16:07     11 Mart 2026    
İsveçrənin İrandakı səfiri Olivye Bangerter bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi İsveçrə diplomatik missiyasına koordinasiya və İrandan təhlükəsiz təxliyə ilə bağlı kömək göstərib.

Ordu.az-ın məlumatına görə, səfir bunu İran-Azərbaycan sərhədini keçdikdən sonra jurnalistlərə açıqlayıb.

"Nazirimiz (İsveçrənin xarici işlər naziri - red.) İrandakı səfirliyi müvəqqəti bağlamaq qərarına gəlib, ona görə də ölkəni tərk etmək qərarına gəldik. Biz Azərbaycanı (təxliyə üçün - red.) seçdik, çünki Tehranda Azərbaycan səfirliyi ilə, xüsusilə səfir Əli Əlizadə ilə əla münasibətlərimiz var. O bizə böyük yardım göstərib. Azərbaycana ilk dəfə gəlməyimə çox şadam. Burada olmaq xoşdur. Səmimi qarşılamaya görə çox sağ olun", - o deyib.

Səfirin sözlərinə görə, diplomatik missiyanın əməkdaşları Bakıda iki gecə qalacaq, sonra isə İsveçrəyə yola düşəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bangerter  


Bizi "telegram"da izləyin