İsveçrənin İrandakı səfirliyinin əməkdaşları təxliyə olunublar

2026/03/Ekran-1773231417.jpg
Oxunub: 371     15:45     11 Mart 2026    
İsveçrənin İranda yerləşən səfirliyinin əməkdaşları təxliyə olunublar.

Ordu.az-ın məlumatına görə, səfir Olivier Bangerter və 6 əməkdaş "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Bundan əlavə, 1 Kanada, 2 Çin vətəndaşının da təxliyəsi həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Azərbaycan  


Bizi "telegram"da izləyin