Ordu.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hətta regiondakı hazırkı qeyri-sabit və təhlükəli vəziyyətdə belə, forum dünyanın müxtəlif regionlarından olan bir çox siyasətçiləri, parlamentariləri, eləcə də dövlət və hökumət başçılarını bir araya gətirəcək: "Düşünürəm ki, bu, həmin forumun və Azərbaycanın dialoq, eləcə də səmərəli diplomatiya platforması kimi əhəmiyyətini göstərir. Bundan əlavə, forumda gənc nəslin səsi fəal şəkildə eşidiləcək".
Ordu.az