İsmayıl Serageldin: "Qlobal Bakı Forumu bu il xüsusi əhəmiyyət daşıyır"

2026/03/17151-1773231121.jpg
Oxunub: 310     15:30     11 Mart 2026    
Bu il XIII Qlobal Bakı Forumu xüsusi əhəmiyyət daşıyır.

Ordu.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında çıxış edən Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bildirib.

"Dünya müharibələrə bürünüb. Təkcə keçid deyil, həm də çoxtərəfli qarşılıqlı əlaqə qaydalarına əsaslanan əvvəlki nizamın çox ciddi, bəlkə də ölümcül bir zərbə aldığı bir dövrü yaşayır", - o deyib.

İ.Serageldin qeyd edib ki, belə şəraitdə Qlobal Bakı Forumu mühüm rol oynaya bilər, çünki onun iştirakçıları arasında təcrübəli siyasətçilər və beynəlxalq münasibətlər sahəsində ekspertlər var: "Bakı Forumu elə bir vaxtda keçirilir ki, onun iştirakçılarının təcrübəsinə həmişəkindən daha çox ehtiyacımız var. Lakin bizə həmçinin onların münaqişələrin həlli üçün yeni yollar axtarmağa hazır olması lazımdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsmayıl-Serageldin   Bakı   Forum  


Bizi "telegram"da izləyin