Ordu.az xəbər verir ki, bunu Strasburqda Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bu müddət ərzində Ermənistan Avropa Sülh Mexanizmi vasitəsilə də dəstək alıb. Ermənistanda Aİ-nin mülki müşahidə missiyası fəaliyyətini davam etdirir və onun rolunu yüksək qiymətləndirməmək çətindir.
Ümumilikdə yüksək səviyyəli siyasi dialoqumuz davam edir və həm icra hakimiyyəti, həm qanunverici hakimiyyət, həm də vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilir.
Həmçinin qeyd etməkdən məmnunam ki, iqtisadi əməkdaşlıq üzrə kifayət qədər geniş gündəliyimiz var. Bu dəvət və yaradılan imkan üçün sizə bir daha təşəkkür edirəm və mayın əvvəlində İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün sizi səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az