“Burada, sizin də qeyd etdiyiniz kimi, demokratiya evində qonaq olmaq mənim üçün böyük şərəfdir. Biz zaman-zaman demokratiya evinə qayıtmağa ehtiyac duyuruq ki, demokratik islahatlarımızın saatını demokratiya evinin saatı ilə müqayisə edək və əmin olaq ki, demokratik islahatlarımızın gedişi düzgün yolda, düzgün sürətlə və düzgün istiqamətdə irəliləyir”.
Ordu.az xəbər verir ki, bunu Strasburqda Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Əlbəttə, demokratik islahatlar yolunda Aİ və Avropa Parlamentinin dəstəyini almaq bizim üçün böyük şərəfdir. Bugünkü çıxışımda son iki il yarım ərzində əvvəllər müzakirə etdiyimiz mövzuların hansı inkişaf yolu keçdiyini bölüşmək imkanım da var.
Ən vacib məsələ odur ki, 2025-ci ildə Ermənistan Respublikasının Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edildi və qüvvəyə mindi. Bu, Ermənistan ilə Aİ arasında münasibətlərdə tarixi yeni mərhələ açır və demokratik, xalq yönümlü islahatlarımızı davam etdirmək üçün yeni stimul yaradır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Metsola