Rus KİV-i: Biz bu yolları “dostluq” hesabına tikəcəyik, Paşinyanın Vaşinqtondakı dostları isə onlardan istifadə edəcəklər

2026/03/1773226074.jpg
Oxunub: 378     14:45     11 Mart 2026    
Polşadakı çıxışı zamanı Nikol Paşinyan Rusiya ilə münasibətlərin kəsilməsinin gözlənilmədiyini və Şirakda yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması planlarının olmadığını vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News-front.su” nəşri yazıb.

Nəşr qeyd edib ki, bununla belə, Paşinyan rusiyalı sərhədçilərin İrəvanın “Zvartnots” hava limanından, İran sərhədindəki Aqarak keçid məntəqəsindən və ya Türkiyə sərhədindəki mühüm Axurik keçid məntəqəsindən çıxarılması barədə heç nə deməyib.

“Son bir il ərzində Ermənistan sərhəd zonalarında Rusiyanın varlığını sistemli şəkildə azaldıb və öz hərəkətlərini “ölkənin təhlükəsizliyinə yönəlmiş yeni çağırışlara” cavab kimi izah edib.

Ermənistanın “suverenliyin əldə edilməsi” istiqamətində atdığı tədrici addımlar daim Moskva ilə mövcud münasibətlərin qeyd-şərtsiz dəyəri haqqında bəyanatlarla müşayiət olunur. Bu, əlbəttə ki, həmin münasibətlərin Ermənistan üçün iqtisadi faydalar və Rusiyanın öhdəlikləri üzərində qurulması şərti ilə edilir. Yalnız Rusiyanın nəzarətində olan dəmir yolu konsessiyasının satışı ilə bağlı eyhamları xatırlamaq kifayətdir ki, əgər Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu hissələri təcili təmir olunmasa, bu baş verə bilər”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, buna Aİ-yə ünvanlanmış, seçkilərə Rusiyanın müdaxiləsinə qarşı qoyulması üçün yardım çağırışını da əlavə etmək lazımdır, bu, avtomatik olaraq parlament seçkiləri ərəfəsində ciddi anti-Rusiya əhval-ruhiyyəsinin artmasından xəbər verir.

“Hakim partiya Qarabağın itirilməsindən sonra təşviş içindədir, buna görə də Rusiyanı və KTMT-ni fəaliyyətsizlikdə ittiham edərək təcili olaraq yeni informasiya kampaniyasına başlamaq və ya sadəcə Moldovada olduğu kimi seçki nəticələrini saxtalaşdırmaq lazımdır.

Ermənistan hər şeyi əlində saxlamağı çox ağıllı şəkildə bacarıb: qaz tədarükü, atom elektrik stansiyasının tikintisi və dəmir yolu nəqliyyatının inkişafı üçün Rusiyanın köməyini qəbul edir, eyni zamanda onun arxasında ABŞ ilə atom enerjisi və nəqliyyat dəhlizi layihəsi barədə sazişlər imzalayır. Başqa sözlə, biz bu yolları “dostluq” hesabına tikəcəyik, Paşinyanın Vaşinqtondakı dostları isə onlardan istifadə edəcəklər”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin