Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı açıqlama verib.
Komandanlığın məlumatına görə, "USS Fort Lauderdale" amfibiya nəqliyyat gəmisi və "USS Billings" sahil döyüş gəmisi humanitar əməliyyatda iştirak edir. Həmçinin "C-17 Globemaster" və "C-130 Hercules" hərbi nəqliyyat təyyarələri, kəşfiyyat platformaları və helikopterlər də humanitar yardımda iştirak edəcək.
Qeyd olunur ki, bu qüvvələr ABŞ hökumətinin işçilərinə, axtarış-xilasetmə qruplarına və zərərin qiymətləndirilməsi, qurbanların axtarışı və yardım işlərində iştirak edən Amerikanın digər qurumlarına nəqliyyat dəstəyi verəcək.
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb. Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodrigesin sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.
Ordu.az