Ermənistan Baş prokuroru hərbi hissədə əsgərin ölümü ilə bağlı cinayət təqibinin dayandırılması qərarını ləğv edib

2026/03/1773225575.jpg
Oxunub: 390     14:34     11 Mart 2026    
Ermənistan Baş prokuroru 2025-ci il oktyabrın 24-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik serjantı V.H.-yə qarşı cinayət təqibinin dayandırılması barədə 2021-ci il 16 dekabr tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edib. V.H.-yə qarşı yeni ictimai cinayət təqibi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, 2018-ci il mayın 6-da Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müdafiə sahəsində yerləşən döyüş mövqeyində müddətli həqiqi hərbi xidmət qulluqçusu, sıravi L.T.-nin cəsədi aşkar edilmişdi. Onun çənəsinin alt hissəsi və başının yuxarı hissəsindən keçən güllə yaraları var idi.

Araşdırma nəticəsində müəyyən edilmişdi ki, 2018-ci il 1-6 may tarixləri arasında döyüş növbətçiliyi zamanı həmin hərbi hissənin kiçik serjantı V.H. L.T.-nin rəisi olaraq, onu mütəmadi şəkildə təhqir edib, zor tətbiq edib və zor tətbiq etməklə hədələyib.

2018-ci il mayın 14-də V.H.-yə 18.04.2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 360-cı maddəsinin 2-ci hissəsi ilə (hərbi qulluqçunu təhqir etmə) ittiham irəli sürülmüşdü. Lakin 2021-ci il dekabrın 16-da təqsirləndirilən şəxsə qarşı cinayət təqibi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbilə dayandırılmış, bundan sonra icraat dayandırılmışdı.

2022-ci il oktyabrın 27-də dayandırılmış icraatın bərpası barədə qərar qəbul edilmiş, həmçinin əlavə postmortem ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji kompleks ekspertiza təyin edilmişdi.

2025-ci il iyulun 22-də prokuror V.H.-yə qarşı Cinayət Məcəlləsinin 520-ci maddəsinin 5-ci hissəsi ilə (tabeliyində olan şəxsə qarşı zor tətbiq edilməsi və ya zor tətbiqi ilə hədələmə, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) yeni ictimai cinayət təqibi başladıb.

2025-ci il avqustun 1-də əlavə postmortem ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji kompleks ekspertizanın rəyi əldə olunub. Rəyə görə, “hadisədən əvvəlki dövrdə L.T.-nin psixoloji vəziyyəti ilə baş verən hadisə arasında səbəb-nəticə əlaqəsi mövcuddur və belə psixoloji vəziyyət onun intihar etmək qərarına gəlməsinə təsir göstərə bilərdi”.

2025-ci il oktyabrın 21-də ilkin istintaqın nəticələrinə əsasən prokuror V.H.-yə qarşı L.T.-ni təhqir etmə ilə bağlı cinayət təqibinin dayandırılması barədə 2021-ci il 16 dekabr tarixli qərarın qanuniliyinin yenidən nəzərdən keçirilməsi barədə rəy təqdim edib. Bundan sonra Ermənistanın baş prokuroru həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edib.

2025-ci il oktyabrın 27-də V.H.-yə qarşı ittiham dəyişdirilərək tamamlanıb və ona qarşı Cinayət Məcəlləsinin 520-ci maddəsinin 5-ci hissəsi ilə yeni ictimai cinayət təqibi başlanıb.

2026-cı il martın 5-də nəzarətçi prokuror V.H. barədə ittiham aktını təsdiqləyib və cinayət işi üzrə materiallar baxılması üçün səlahiyyətli məhkəməyə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-hissə  


Bizi "telegram"da izləyin