Erməni siyasi xadim: “Ermənistan hakimiyyəti ümumiyyətlə ABŞ və İsrailin İrana zərbələr endirdiyini bilirmi?”

2026/03/1773219311.jpg
Oxunub: 305     12:53     11 Mart 2026    
“Gəlin indi yaranmış vəziyyətdə erməni hakimiyyətinin adekvatlığı barədə danışaq və müəyyən nəticələr çıxarmağa çalışaq”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi xadim Arman Abovyan bildirib.

Onun sözlərinə görə, artıq aydındır ki, indiki Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

“Bunun səbəbi heç olmasa taktiki səviyyədə qabaqlayıcı addımların planlaşdırılmasının tam və ümumi şəkildə olmamasıdır. ABŞ və İsrail İrana zərbələr endirir. İran isə öz növbəsində regionda ABŞ maraqlarına bütün perimetr üzrə zərbələr endirir.

Türkiyə-Azərbaycan tandemi hərbi potensialını sürətlə artırmaqda davam edir.

Eyni TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi, yaxud başqa sözlə, Amerika “paketində” təqdim olunan Zəngəzur dəhlizi də Azərbaycan Ermənistana zərbə endirmək qərarı versə, maneə ola bilməz. Bu isə, yeri gəlmişkən, İsrailin maraqları çərçivəsinə tam uyğun gəlir. Bu, əlbəttə ki, hipotetik ssenaridir, lakin qarşısı alınmasa, bu proseslər hipotetik sahədən çıxaraq praktiki mərhələyə keçə bilər”, - deyə Abovyan qeyd edib.

Abovyan bildirib ki, bu ehtimalları inkar etmək isə ya rəqib üçün işləmək, ya da siyasi baxımdan tamamilə səriştəsiz olmaq deməkdir.

“Regionda gərginlik sistemli şəkildə artır və əslində İrana qarşı müharibənin bu mərhələsinin necə başa çatmasının o qədər də əhəmiyyəti yoxdur. Gərginlik uzun illər ərzində azalmayacaq.

Bəs Ermənistan hakimiyyəti nə edir?

Ermənistan hakimiyyəti son dərəcə qeyri-adekvat davranır və guya Ermənistana sülh gətirdiyini, məhz özünün sülhün təminatçısı olduğunu iddia edən absurd hekayələr danışır.

Regionda gərginliyin artdığı bir vaxtda Ermənistan hökumətinin fəaliyyətində tam zəiflik və hətta minimum intellektual iş əlamətlərinin belə olmaması müşahidə olunur.

İndi isə ciddi sual.

Ermənistan hakimiyyəti ümumiyyətlə ABŞ və İsrailin İrana zərbələr endirdiyini bilirmi?”, - deyə o qeyd edib.

Erməni siyasi xadimin sözlərinə görə, görünən odur ki, hakimiyyət nümatəndələri Ermənistan üçün mövcud təhlükələrin dərinliyini və ciddiliyini belə təsəvvür etmirlər.

“Onlar üçün prioritet ölkənin maraqlarının müdafiəsi deyil, erməni xalqının hesabına öz “vəzifələrini, kabinetlərini, mükafatlarını və xidməti avtomobillərini” qorumaqdır. Və bu insanlar bizə sülhdən danışırlar?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abovyan   Ermənistan  


Bizi "telegram"da izləyin