Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı Cənubi Qafqaz regionundakı ümumi vəziyyətə və baş verən hadisələrə toxunulub, bu xüsusda Ermənistan prezidenti həmkarına cari proseslərlə bağlı təfərrüatları çatdırıb.
“Həmsöhbətlər əməkdaşlığın yeni sahələrinin aşkar edilməsi və prioritet istiqamətlərin dəqiqləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə süni zəka və informasiya texnologiyaları sahələrində böyük əməkdaşlıq potensialının mövcudluğu və bunun tam reallaşdırılmasının vacibliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu sahə hər iki ölkə üçün yeni və səmərəli platformaya çevrilə bilər.
Görüşün sonunda prezident Vahaqn Xaçaturyan Çili prezidentini Ermənistana səfərə dəvət edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az