Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bununla da İrandan Azərbaycana təxliyə olunan Nigeriya vətəndaşlarının sayı 13-ə çatıb.
***
Bu gün 16:00-dan 19:00-dək İndoneziyanın 36, Çinin isə 3 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Bu barədə
Ordu.az xəbər verir.
Təxliyə olunan İndoneziya vətəndaşlarından 3-ü diplomatdır.
Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
***
İrandan saat 12:00-dan 14:00-dək daha 23 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Ordu.az xəbər verir ki, təxliyə olunanların 11-i Azərbaycan, 12-si isə Çin vətəndaşıdır.
Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
İrandan saat 10:00-dan 12:00-dək daha 2 Azərbaycan, 3 Pakistan, 2 Avstraliya vətəndaşı təxliyə edilib.
Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
29 Çin vətəndaşı da bu gün "Astara" dövlət sərhədindən Azərbaycana təxliyə edilib.
***
İrandan martın 11-də saat 00:00-10:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.
Ordu.az xəbər verir ki, onun təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Ordu.az