Monteneqro XİN: İranın Naxçıvana dron hücumları bütün region üçün təhlükə yaradır

2026/01/1769781386.jpg
Oxunub: 430     22:20     05 Mart 2026    
İranın Naxçıvana dron hücumları regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır.

Ordu.az-ın məlumatına görə, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

"Monteneqro İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyir. Bu cür hərəkətlər regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır. Biz gərginliyin azaldılmasının və dialoqun bərpa edilməsinin vacibliyini vurğulayırıq. Monteneqro azərbaycanlılarla həmrəy olduğunu bildirir və dərhal deeskalasiyaya çağırır", - xarici siyasət idarəsindən qeyd olunub.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   Naxçıvan  


Bizi "telegram"da izləyin