BMT: İranın Naxçıvana dron hücumu Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır

2025/02/1739904185.jpg
Oxunub: 403     22:05     05 Mart 2026    
İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.

Ordu.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosunun müvafiq sualına cavab olaraq BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:

"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.

S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Düjarrik   BMT  


Bizi "telegram"da izləyin