Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.
“Yaxın Şərqdə yaranmış vəziyyətə toxunulub. Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində aktiv qarşılıqlı fəaliyyətin, həmçinin İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti ərəfəsində aktiv iştirakçılığa hazırlıq vurğulanıb.
Ararat Mirzoyan və Baiba Braje ikitərəfli gündəliyin davamlı olaraq zənginləşdirilməsi istiqamətindəki təşəbbüslərin vacibliyini də qeyd ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az