Ermənistan məhkəməsi Karapetyanın ev dustaqlığı ilə bağlı apellyasiya şikayətini rədd edib

2026/01/1768562543.jpg
Oxunub: 374     20:55     05 Mart 2026    
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi hakimiyyətin devrilməsinə çağırışlarda və maliyyə fırıldaqçılığında ittiham etdiyi rusiyalı iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı şəklində seçilmiş qətimkan tədbirini dəyişməyib.

Ordu.az xəbər verir ki, bu barədə onun vəkili Arman Vardevanyan "Facebook"da bildirib.

"Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsinin hakimi J.Meliksetyan apellyasiya şikayətimizi rədd etdi və Samvel Karapetyanın qanunsuz ev dustaqlığının qüvvədə qalması barədə qərar qəbul etdi. Qərarı alan kimi mütləq təfərrüatları təqdim edəcəyik...", - o yazıb.

Xatırladaq ki, yanvarın 17-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Karapetyanın yenidən ev dustaqlığına qaytarılması barədə qərar qəbul etmişdi. Məhkəmə həmçinin iş adamının üzərindən ictimai çağırışlar və bəyanatlarla bağlı məhdudiyyətləri götürmüşdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin