Pakistan İranın hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib

2026/01/1768031807.jpg
Oxunub: 370     20:50     05 Mart 2026    
Pakistan Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Pakistan qardaş ölkələr - Türkiyə və Azərbaycana qarşı yönəlmiş son hücumlarla bağlı ciddi narahatlığını ifadə edib. Bu hücumlar beynəlxalq hüququn və dövlətlərarası münasibətlər prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına gətirib çıxara bilər. Pakistanın Türkiyə və Azərbaycanla möhkəm həmrəyliyini təsdiqləyərək, biz regionda sülh və sabitliyin qorunması üçün təmkinliliyə, dialoq və diplomatiyadan istifadə etməyə çağırırıq", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin