Almaniya İran dronlarının Naxçıvana hücumunu qətiyyətlə pisləyib

2025/09/1758085450.jpg
Oxunub: 350     19:10     05 Mart 2026    
Bu gün Naxçıvanda İran dronları tərəfindən həyata keçirilmiş zərbələri və Azərbaycan təhlükəsizliyinə təhdid yaradan bütün hərəkətləri qətiyyətlə pisləyirik.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycan və bu hadisədən zərər çəkənlərlə həmrəyliyimizi ifadə edirik. Vəziyyəti və baş verən sonrakı inkişafları diqqətlə izləməyə davam edəcəyik", - paylaşımda qeyd olunur.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin