İranın BƏƏ-yə raket və dron hücumları nəticəsində xəsarət alanların sayı 94-ə çatıb

2026/02/Ekran-1772270626.jpg
Oxunub: 325     16:16     05 Mart 2026    
İranın BƏƏ-yə hücumları nəticəsində xəsarət alanların sayı artaraq 94 nəfər olub.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qurumdan qeyd edilib ki, İran təcavüzü başlayandan bəri 196 ballistik raket qeydə alınıb, onlardan 181-i məhv edilib, 13-ü dənizə, 2-si isə ölkə ərazisinə düşüb.

Bundan əlavə, 1072 İran pilotsuz uçuş aparatı aşkar edilib ki, onlardan 1001-i zərərsizləşdirilib, 71-i isə ölkə ərazisinə düşüb. Həmçinin səkkiz qanadlı raket aşkar edilərək məhv edilib.

"Bu hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeşdən olan 3 vətəndaş həlak olub, BƏƏ, Misir, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları və Türkiyə vətəndaşı olan 94 nəfər isə yüngül xəsarət alıb", - nazirliyin məlumatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin