Şəxslərin İran-Ermənistan sərhəd-keçid məntəqəsindən keçidi bərpa olunub

2026/03/1772699345.jpg
Oxunub: 356     12:27     05 Mart 2026    
İran-Ermənistan sərhədində İran tərəfinə məxsus sərhəd-keçid məntəqəsindən insanların keçidi bərpa olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanda, Qafanda yerləşən İranın baş konsulluğundan məlumat verilib.

Çərşənbə günü saat 04:00-dan etibarən Ermənistan-İran quru sərhədi üzrə şəxslərin keçidi İran tərəfində internet bağlantısının sıradan çıxması səbəbindən dayandırılmışdı.

“Problem aradan qaldırılıb, şəxslərin keçidi bərpa olunub”, - deyə Qapandakı İranın baş konsulluğundan bildirilib.

Hazırda isə internet nasazlığı səbəbindən proses əl ilə aparıldığı üçün sənədlərin yoxlanılması və qeydiyyat bir qədər ləng həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin