Ordu.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
"4-cü sənaye inqilabının ən aparıcı drayveri, texnologiyası süni intellektdir. Süni intellektin 2040-cı ilədək qlobal iqtisadiyyata 22 trilyon ABŞ dolları təsir edəcəyi proqnozlaşdırılır. Anoloji hesablamanı Azərbaycan üçün aparsaq, süni intellektin 2040-cı ilədək ölkə iqtisadiyyatına təqribən 70 milyard manata yaxın yeni əlavə dəyər yaradacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, sənayenin müxtəlif sahələrində süni intellekt texnologiyalarını tətbiq etməklə həm qənaət edə, həm səmərəliliyi artıra, həm də resursları daha səmərəli şəkildə istifadə edə bilərik", - o bildirib.
Ordu.az