Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Həmin məlumata görə, parlament seçkiləri ərəfəsində İrəvan Brüsseldən “hibrid təhdidlərə qarşı mübarizə üçün operativ reaksiya qrupu” istəyib.
“Xəbərin əsas yayıcılarından biri Qərb dövlətləri və xüsusi xidmət orqanları ilə əlaqələri ilə tanınan radiostansiyanın Ermənistan bölməsi oldu. Çox maraqlıdır ki, Ermənistanın xarici işlər nazirinin məktubu onların ixtiyarına keçib. Onun necə əldə edildiyi isə anlaşılmazdır. Ola bilsin ki, bu, ilk “hibrid hücumlardan” biridir. Bəlkə nəyisə sındırıblar, bəlkə məktubu oğurlayıblar”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi “Moldova ssenarisinin” açıq proyeksiyasıdır. Diplomat qeyd edib ki, həmin KİV-in jurnalistləri özləri də ötən il Avropa “desantının” Kişinyovda “Rusiyanın dezinformasiyasına qarşı mübarizə” məqsədilə işlədiyini bildiriblər.
Rusiyada isə onların “demokratiyanın müdafiəsi” adı altında fəaliyyəti yaxşı müşahidə edilib. Zaxarovanın fikrincə, belə bir “operativ reaksiya qrupunun” fəal iştirakı Ermənistanın real suverenliyini möhkəmləndirməyəcək, əksinə, nəticə tam tərsinə olacaq.
Moskvada eyni zamanda Ermənistanın Ədliyyə Nazirliyinin həmin qrupun fəaliyyətinin Rusiyaya qarşı yönəlməyəcəyi ilə bağlı açıqlaması da qeydə alınıb. Rusiya tərəfi isə Ermənistanın müraciəti olacağı təqdirdə oxşar funksiyalara malik qrup göndərməyə hazır olduğunu bildirib.
Seçki prosedurları ilə bağlı bütün zəruri səlahiyyətlərə malik olan Müstəqil Dövlətlər Birliyinin üzvü kimi Ermənistan istənilən vaxt onun İcraiyyə Komitəsinə müraciət edə bilər.
Alpər Mövludoğlu
Ordu.az