Zaxarova Mirzoyanın məktubunun sızdırılmasını şərh edib

2025/02/1739533772.jpg
Oxunub: 376     17:57     04 Mart 2026    
“Bu xəbərin əsas yayıcılarından biri Qərb dövlətləri və xüsusi xidmət orqanları ilə əlaqələri ilə tanınan radio olub. Daha dəqiq desək, onun Ermənistanda fəaliyyət göstərən bölməsi”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Azadlıq” radiosunun erməni xidmətinin yaydığı sızmanı şərh edərkən bildirib.

Həmin məlumata görə, parlament seçkiləri ərəfəsində İrəvan Brüsseldən “hibrid təhdidlərə qarşı operativ reaksiya qrupu” istəyib.

“Çox maraqlı şəkildə Ermənistanın xarici işlər nazirinin məktubu onların ixtiyarına keçib. Onun necə əldə edildiyi isə anlaşılmazdır. Amma mümkündür ki, bu da ilk “hibrid hücumlar”dan biri olsun. Ola bilsin ki, nəyisə sındırıblar. Ola bilsin ki, həmin məktubu oğurlayıblar”, - deyə Zaxarova bildirib.

Məsələnin mahiyyətinə gəldikdə isə, Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi “Moldova ssenarisi”nin açıq proyeksiyasıdır. Eyni zamanda, adı çəkilən KİV-in jurnalistləri özləri də qeyd ediblər ki, ötən il Avropa “desantı” Kişinyovda hakimiyyətə “Rusiyanın dezinformasiyasına qarşı mübarizə” məsələsində dəstək göstərib.

“Seçkiqabağı dövrdə və mümkün konstitusiya referendumu zamanı Aİ ekspertlərinin fəal iştirakı Ermənistanın real suverenliyini çətin ki, möhkəmləndirsin. Daha çox əksinə olacaq. Biz Ermənistan Ədliyyə Nazirliyinin mövqeyini qeyd edirik ki, Aİ-dən dəvət olunmuş mütəxəssislərin işi Rusiyaya qarşı yönəlməyəcək. Bu səbəbdən, Ermənistan tərəfindən rəsmi dəvət olacağı təqdirdə, Rusiya da ikitərəfli xətt üzrə oxşar mütəxəssis qrupunun ezam olunması məsələsini işləyib hazırlamağa hazırdır”, - deyə Rusiya XİN nümayəndəsi bəyan edib.

Eyni zamanda o xatırladıb ki, Müstəqil Dövlətlər Birliyi də seçkilər və seçki prosedurları ilə bağlı bütün zəruri imkanlara malikdir. Ermənistan isə Birliyin üzvü kimi hər zaman onun icra komitəsinə müraciət edə bilər.

“Mən əminəm ki, bu məsələdə onlar imtina cavabı verilməyəcək”, - deyə Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Mirzoyan  


Bizi "telegram"da izləyin