Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinə başsağlığı verib

2025/08/1756210981.jpg
Oxunub: 342     17:17     04 Mart 2026    
Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev İran tərəfinə başsağlığı verib.

Bu barədə Ordu.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Baş nazirin müavini bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə baş tutan telefon danışığı zamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti münasibətilə başsağlığı verib.

Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.

Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin