“Ermənistan-Avropa İttifaqı münasibətləri kontekstində Gürcüstan çox vacib tərəfdaşdır” - Paşinyan

2026/03/1772619862.jpg
Oxunub: 368     14:22     04 Mart 2026    
“Ermənistanla Avropa İttifaqı münasibətləri kontekstində Gürcüstan çox mühüm tərəfdaşdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu mövzu ətrafında da müəyyən müzakirələr apardıq və ümid edirəm ki, burada da əməkdaşlıq edə, müəyyən nəticələr əldə edə biləcəyik”, - deyə o qeyd edib.

Ermənistanın Baş naziri vurğulayıb ki, siyasi dialoq çox fəal olub, var və qalır.

“Eyni zamanda iqtisadi əməkdaşlıq da aktivdir və biz qarşıda duran çağırışları daha səmərəli idarə etmək və imkanlardan daha effektiv istifadə etmək üçün harada əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirməliyik.

Belə görüşlərdə dostlarımızı görmək, onların hal-əhvalını soruşmaq və birlikdə vaxt keçirməyin zövqünü yaşamaq da heç də ikinci dərəcəli əhəmiyyət daşımır.

Yaradılmış isti atmosferə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Hər belə görüşdən sonra düşündüyümüz ilk məsələ növbəti görüşün nə vaxt keçiriləcəyidir. Ümid edirəm və əminəm ki, növbəti görüşün nəticələrinə əsasən Ermənistan-Gürcüstan əməkdaşlığının ikitərəfli, regional və beynəlxalq platformalarda daha da fəallaşdığını və səmərəli olduğunu qeyd edə biləcəyik. Bu hazırlığa və dəstəyə, eləcə də bu isti qəbula görə Baş nazir Kobaxidzeyə təşəkkür edirəm”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin